FLAŞ

DR. ELVİN ƏHMƏDOVA “YÜKSƏK EHTIRAM” MÜKAFATI VERİLMİŞDİR!

 Dr. Elvin Əhmədovu MDB məkanında təqdim edilən "Yüksək Ehtiram" beynəlxalq medalı ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirik!

​Hörmətli Dr. Elvin Əhmədov

​Elmə və peşəyə olan sədaqətiniz, Vətənə xidmət yolunda göstərdiyiniz misilsiz xidmətlər və gənc nəslə biliklə yol göstərmək kimi ali amalınız növbəti dəfə öz layiqli qiymətini almışdır.

​MDB məkanında təqdim edilən "Yüksək Ehtiram" beynəlxalq medalı və xatirə döş nişanı ilə təltif olunmağınız sizin neft-qaz sənayesi, elm və təhsil sahəsindəki böyük nailiyyətlərinizin, peşəkarlığınızın və liderlik keyfiyyətlərinizin bariz nümunəsidir.

​Ölkəmizin elmi və sənaye potensialının inkişafındakı zəhmətiniz, SOCAR, Xəzər Universiteti və digər nüfuzlu qurumlardakı səmərəli fəaliyyətiniz hər zaman böyük rəğbət və ehtiramla qarşılanır.

​Sizi bu qürurverici və böyük mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni elmi və peşəkar uğurlar, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq!


Dr. Elvin Hacıqulu oğlu Əhmədov “Yüksək Ehtiram” beynəlxalq mükafatına layiq görülüb. “Yüksək Ehtiram” mükafatı Özbəkistanda fəaliyyət göstərən “Scientific Academy” Elm-Maarif Mərkəzi tərəfindən MDB miqyasında keçirilən beynəlxalq elmi-praktik müsabiqə çərçivəsində təqdim olunan təltifdir. “Yüksək Ehtiram” mükafatı elmə, təhsilə, mədəniyyətə, ictimai fəaliyyətə və öz peşəsinə layiqincə xidmət edən, cəmiyyətə və insanlara fayda verən şəxslərə göstərilən ehtiram nümunəsidir.

Elm, təhsil, neft-qaz sənayesi və peşəkar inkişaf sahələrində uzunillik fəaliyyəti ilə seçilən Dr. Elvin Əhmədovun bu mükafata layiq görülməsi onun həyata keçirdiyi çoxşaxəli fəaliyyətə verilən yüksək qiymətin göstəricisidir.


Dr. Elvin Əhmədov yer elmləri üzrə fəlsəfə doktoru, neft-qaz geologiyası və yataqların qiymətləndirilməsi üzrə mütəxəssis kimi uzun illər ərzində elmi, istehsalat və təhsil fəaliyyətini uğurla davam etdirib. O, neft-qaz yataqlarının qiymətləndirilməsi və ehtiyatların idarə edilməsi, geoloji və texniki risklərin qiymətləndirilməsi, yataqların işlənməsi, layihələrin idarə olunması və müasir rəqəmsal texnologiyaların tətbiqi istiqamətlərində fəaliyyət göstərir.

Peşəkar fəaliyyəti ilə yanaşı, Dr. Elvin Əhmədov elm və təhsilin inkişafına da mühüm töhfələr verir. O, müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərib, gənc mütəxəssislərin hazırlanmasında, elmi biliklərin və praktiki təcrübənin yeni nəslə ötürülməsində fəal iştirak edib. Onun müəllifi olduğu çoxsaylı elmi əsərlər, dərsliklər və tədris materialları müvafiq sahələr üzrə elmi və peşəkar biliklərin inkişafına xidmət edir.


Dr. Elvin Əhmədovun fəaliyyəti Azərbaycanla yanaşı, türkdilli ölkələr arasında elmi və peşəkar əlaqələrin genişləndirilməsi baxımından da diqqət çəkir. Xüsusilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan arasında geoloji, elmi və təhsil əməkdaşlığının inkişafına yönəlmiş təşəbbüslərdə iştirakı bu istiqamətdəki fəaliyyətinin mühüm hissəsini təşkil edir.

“YÜKSƏK EHTİRAM” mükafatının Dr. Elvin Əhmədova təqdim edilməsi onun peşəkar və elmi fəaliyyətinə beynəlxalq səviyyədə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, elmə, təhsilə, insan kapitalına və beynəlxalq əməkdaşlığa verilən önəmin də göstəricisidir.

Dr. Elvin Əhmədovu bu əlamətdar təltif münasibətilə təbrik edir, gələcək elmi, peşəkar və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.


SONA ABBASƏLİQIZI İSMAYILOVA

Yazıçı, tədqiqatçı və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Türkiyə "Kaya Haber" Ajansının və "Avrasiya sanat kültür, edebiyyat federesyonunin" Azərbaycan rəhbəri və Avrasiya nümayəndəsi, beynəlxalq ədəbi-elmi layihələrin iştirakçısı

Hiç yorum yok

Nefret söylemi içeren, kişileri rencide edici yorumlar yayınlanmayacaktır. Yorumların hukuki sorumluluğu yorum sahibine aittir.

DR. ELVİN ƏHMƏDOVA “YÜKSƏK EHTIRAM” MÜKAFATI VERİLMİŞDİR!

  Dr. Elvin Əhmədovu MDB məkanında təqdim edilən "Yüksək Ehtiram" beynəlxalq medalı ilə təltif olunması münasibətilə səmimi qəlbdə...