FLAŞ

Yahya Azeroğlu -BU GÜN ÇOK MUTLU OLDUM!!!


Ne yazacağımı ve söze nasıl başlayacağımı bilememenin acziyyeti içerisindeyim çünkü sima azatgızı hanımefendinin hakkımda yazdığı makale beni oldukça etkiledi bence kendisine bir teşekkür yetmez ona binlerce teşekkür etsem yine az gelir diye düşünüyorum kendisini fiziken tanımamama rağmen o Türk dünyasının bülbülü olan dünya aşık edebiyatına mührünü vurmuş aşık eleskerin torunu olması benim için yeterlidir çünkü kendisininde dediği gibi ben onu görüp güzlerinin içine bakamasamda onun sözlerinin derinliğinden anlıyorumki sima hanım adam gibi adam olan değerli bir hanımefendi ve aynı zamanda aşık eleskerin değerli hatırasıdır bu vesileyle kendisinesonsuz selamlar ve saygılar gönderiyorum sağlık sihhat diliyorum

BİR BAYRAĞIN ALTINDA
şeirinin yaranmasının səbəbkarı olan dəyərli bacım Sona İsmayılova xanıma və hörmətli Yahya Azeroglu bəyə təşəkkürümü bildirirəm!

YAHYA AZƏROĞLU dedikdə gözümün önündə pozitiv bir insan obrazı canlanır. Simasından heç zaman təbəssüm əskik olmayan Yahya Azəroğlu, facebook vasitəsilə tanıdığım dahi şəxsiyyətlər sırasındadır. Şəxsi tanışlığım olmasa da, zəngin qələmindən çıxan gözəl sənət əsərlərinə-şeirlərinə sosial şəbəkə vasitəsilə nəzər salarkən kim olduğunu müəyyən etmişəm. Virtual aləmdən tanıdığım bir çox parlaq simalar kimi Yahya Azəroğlunun da zəngin yaradıcılığı olduğunun şahidiyəm. Bu yerdə müəllifi olduğum bir deyimi xatırlatmaq yerinə düşərdi: “Gördüyünüz bir insanı tanımaq üçün gözlərinin dərinliyinə baxın. Görmədiyiniz bir insanı tanımaq üçün, sözlərinin dərinliyinə baxın!” Sima Azadqızı Göyçəli. Həqiqətən də görmədiyimiz bir insanı yaxından tanımaq üçün sözlərinin dərinliyinə baxmaq kifayət edər. Türk Dünyasına özünün verdiyi əvəzsiz töhvələri ilə yanaşı, digər yaradıcı insanların da BÜTÜN TÜRK DÜNYASInda yaxından tanınmasında əməyi olan fədakar Türk oğlunun, Azərbaycan oğlunun zəhməti danılmazdır! Poeziyaya, Vətənə, torpağa, ata-anaya, Haqqa bağlı, Turan sevdalı Vətən aşiqinə bərəkətli sağlam ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm! TANRI TÜRKƏ YAR OLSUN, TANRI TÜRKÜ QORUSUN! Amin. Hörmətlə, Sima Azadqızı (Göyçəli) Moskva şəhəri, 2019-cu il.

 BİR BAYRAĞIN ALTINDA

. Parlasın bəxt aynası 
“Al bayrağın altında!” 
Birləşsin Türk Dünyası
Bir bayrağın altında!


 Səmadan nur ələnsin, 
Qarış-qarış çilənsin, 
Torpaq nura bələnsin,
Bir bayrağın altında! 

 “Şərin” boynu burulsun, 
Qanlı sular durulsun... 
“Haqqın taxtı qurulsun” 
Bir bayrağın altında!

 Sönməz atəşim, odum;
 Yaşasın Milli Ordum! 
Hey ulasın Boz Qurdum, 
Bir bayrağın altında!

 Bəzəsin Murovdağı 
Azərbaycan bayrağı!
 Öpək Ana torpağı, 
Bir bayrağın altında!

 Xalq Tanrıdan güc alsın, 
Dostluq körpüsü salsın! 
Ədalət zəfər çalsın, 
Bir bayrağın altında!

 Xar olsun düşmən-yağı, 
Hürr olsun Ağrı dağı, 
Seyr edək Qarabağı,
 Bir bayrağın altında!

 Əldə müqəddəs Quran,
 Dildə “Bismillah...”
 hər an. Qurulsun böyük Turan! 
Bir bayrağın altında!

 Hamı versin əl-ələ
, Dolaşaq eldən-elə, 
Üz tutaq Göyçəgölə,
 Bir bayrağın altında!

 Yurda oğullar gərək,
 Yahya Azəroğlutək! 
Xayallar olsun gerçək,
Bir bayrağın altında! 


 Sima, arzun çin olsun, 
Bir sevincin min olsun! 
“Sərçə” “göyərçin” olsun,
 Bir bayrağın altında! 

 Sima Azadqızı (Göyçəli

Hiç yorum yok

Nefret söylemi içeren, kişileri rencide edici yorumlar yayınlanmayacaktır. Yorumların hukuki sorumluluğu yorum sahibine aittir.

İran’ın güney kesimlerinde patlama sesleri duyuldu

İran basının aktardığına göre, ülkenin güney bölgelerinde patlama sesleri duyuluyor. Konuya ilişkin ayrıntılı bilgi paylaşılmadı.​​​​​​​ ABD...